“Putin oktyabr ayında Ukraynadakı müharibənin növbəti mərhələsini başlatmağa hazırlaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya hakimiyyəti daxilində baş verənlərlə bağlı ən məlumatlı jurnalistlərdən biri sayılan, "Bellingcat" layihəsinin rəhbəri, araşdırmaçı Xristo Qrozev öz “Tvitter” səhifəsində bildirib.
Qrozev yazıb ki, Putin özünə yaxın oliqarxlara “Vaqner” kimi özəl hərbi şirkətlər yaratmağı və oraya mümkün qədər çoxlu sayda adam cəlb etməyi tapşırıb: “O, deyib ki, bütün uğursuzluqların səbəbi ordudakı korrupsiya və səriştəsizlikdir (muzdlu döyüşçüləri “əməkhaqqı” məsələsində aldadıblar). Ancaq o, yenə də optimist formada bildirir ki, hər bir dövlət korporasiyasına, oliqarxa oktyabr ayındakı yeni mərhələ üçün özəl hərbi şirkət yaratmaq tapşırılıb”.
Xatırladaq ki, Xarkov istiqamətində başladılan əks-hücum əməliyyatları sayəsində Ukrayna Ordusu 2.5 min kvadrat kilometrdən artıq ərazini işğaldan azad edib. Rusiya isə bu istiqamətdə şəxsi heyət və təminat sahəsində böyük çətinliklər çəkir. Bu səbəbdən biabırçılıqla ard-arda iri şəhərləri qoyub qaçan rus ordusu Donetskə sığınmağa başlayıb.
“AzPolitika.info”

Şərhlər
Putin sonda Rusiyadakı varlıların Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunduqlarını da ortaya qoydu.Rusiya milyarderləri,əslində rus kəşfiyyatı tərəfindən yaradılıb.Putinlə birlikdə əldəqayırma milyarderlər də çökəcək.
RUSLARA NƏ OLSA AZDİ. XALQİMİZİN CƏKDİKLƏRİ BUNLARİN ÜZÜNDƏN DEYİLMİ? QIZ GƏLİNLƏRİMİZİN KORPƏLƏRİ QOCALARİN BAŞINA GƏTİRİLƏN DİLLƏ İFADƏ OLUNMASI MÜMKÜN OLMAYAN FACİƏLƏR LƏNƏT OLSUN RUSADA ONLARİ SEVƏNLƏRƏDƏ
Putin müellime hele de çatmır ki ,dünya bunun eleyhine işleyir ve bunun mizan terezisi artıq pozulub,heç ne ve heç kimin kömek etmesi onu xikas ede bilmez,o öz emellerinin cezasını çekmeye mehkumdur.