“Media forum” saytı bildirir ki, tanınmış jurnalist, mərhum Elçin Səlcuqun doğumundan 50 il ötür.

Elçin Səlcuq (Quliyev Elçin Abdulla oğlu) 1964-cü il noyabrın 10-da Şərurun Yengicə kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1990-97-ci illərdə “Azadlıq” qəzetində, 1997-98-ci illərdə “525-ci qəzet”də çalışıb. 1998-2001-ci illərdə “Detektiv” qəzetinin baş redaktoru olub. Daha sonra "Proloq" ədəbi həftəliyində çalışıb, müstəqil köşə yazarı kimi fəaliyyət göstərib.

2009-cu il dekabrın 17-də vəfat edən jurnalistin məzarı Bakının Buzovna qəsəbəsindədir.