LAÇIN VƏ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ DÖYÜŞ BAŞLAYIB! - Müdafiə Nazirliyi açıqlama yaydı (VİDEO)

Azərbaycan Müdafiə Nazirliyi Laçın və Kəlbəcər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində baş verən silahlı toqquşma ilə bağlı açıqlama yayıb. 

Açıqlamada deyilir:

"Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.

Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.

Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.

Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

***

Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribata əl atıb. 

"Caliber" xəbər verir ki, Azərbaycan Ordusu cavab tədbirləri görür. Hazırda şiddətli atışma gedir. 

635x100

Şərhlər

dadaşyev 2022-09-13 08:33:41

Bu ay belə təxribatlar gözləniləndi əslində.27 sentyabr müharibənin başlanması ildönümüdü axı.Bu iki ildə ruslar necə lazımdı bəsləyiblər erməniləri,ürək-dirək də verib salıblar üstümüzə.Amma həqiqətən də ermənilərdirmi,yoxsa ruslardı təxribat törədən?Gəncəyə də raket ermənistandan atılmışdı,amma məlum oldu ki oradakı ruslar atıb ki,biz elə bilək ermənilər atıb.Biz də təbii ki bunu elə bilmədik,bildik ki rusdu bu işləri törədən.İndi ermənistan həm Türkiyəylə,həm də bizimlə addım-addım yaxınlaşmağa gəldiyi vaxt belə bir təxribat ancaq və ancaq rusların işidir.Nə qədər ki ermənistanın sərhədlərini ruslar qoruyur,ermənistan Rusiya içindəki muxtar respublikalardan biri halındadı.Məsəla,Komi muxtar respublikası kimi.Komidən Baltik ölkələrinə atəş açılsa Baltik respublikaları deməyəcəklər ki Komi respublikası bizə savaş açdı.Deyəcəklər Rusiya bizə savaş açdı.Niyə?Çünki Kominin sərhəddində rus əsgərləri dayanıb.Ermənistan da eləcə.Hətta ay sonuna qədər ermənistanda hərbi çevriliş də edə bilər Rusiya,çünki Paşinyan Moskvaya sərfəli deyil, nə balıqdı,nə ət ruslar üçün.

t.ədalət 2022-09-13 07:57:12

Deyəndə ki,müharibə olacaq,heç nə bitməyib,camaatı boş yerə hakimiyyət qınayırdı.Bəs,nə oldu?Camaat deyən həqiqət,hakimiyətdəkilərin dediyi yalan oldu.İndi də,deməli,3-cü Qarabağ müharibəsi başlayacaq,"vətən müharibəsi" ifadəsi də dəyişib,güman ki "yurd müharibəsi" olacaq.Hələ də bitməyən Qarabağ müharibəsini sülh olmadan hissələrə bölənlər,unutmasınlar ki,müharibə uzana bilər,ancaq sülh müqaviləsi olmadan onu hissələrə bölmək düzgün deyil.Allah yardımçımız olsun!

Asif 2022-09-13 01:33:18

biz hele onlara asvalt cekek.metro zadda cekek rahat isini gorusunler.bele prikol yer uzunde yoxxdur)

Fuad 2022-09-13 01:23:56

onq gorede vaxrinda bosalan eraziler goturmekle erqzi butovluyu temon olunmaliydi.bos olan yerler alinmadisa indi neyin davasi aparilir bir mentiqi cevab yoxdur))deme sadece bele hoqqalar davam etmeliir i vse)

Vahid 2022-09-13 01:21:35

Danişiqlar gözden perde asmaqdir.Yenə şehidlerimiz var.

Son yazılar