MÜDAFİƏ NAZİRLİYİ ŞƏHİDLƏRİMİZİN SAYINI AÇIQLADI

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

"Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - məlumatda deyilir.

635x100

Şərhlər

TT 2022-09-14 07:45:03

Allah rehmet elesin !!!

t.ədalət 2022-09-13 20:45:49

Bütün bu faciələr biz erməni terrorçularını qaytarandan sonra baş verdi.ermənilər gördü ki,onların cinayətləri istənilən vaxt bağışlanır.

Son yazılar