Menu

Rüşvət iddiası ilə bağlı şəhidin qardaşı nə danışdı? - VİDEO (Yenilənib)

15.09.2022, 20:25
Rüşvət iddiası ilə bağlı şəhidin qardaşı nə danışdı? - VİDEO (Yenilənib)

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov rüşvət istənilməsi iddiaları ilə bağlı açıqlama verib. Baku TV-yə açıqlama verən Səbuhi Əhmədov bildirib ki, müdafiə nazirliyindən, sözügedən pulu alan şəxlərin tapılacağı deyilib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəhidin qardaşını “Komando” bölüyünə götürmək üçün 6 000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb. Bu gün Müdafiə Nazirliyində şəhidin qarşı ilə görüş keçirilib.

Daha ətraflı süjetdə:

***

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən qeyd edilib.

Şərhlər

Vetendaş 2022-09-15 22:54:16

Guya günümüzdə vəziyyət necədir ki? İyul çagrışçısı neçə əsgər atası tanıyıram. Maşınların satıb övladların yüngül şəraitli yerə saldırırlar. Hər sahədə belədir, ideologiya dəyişməlidir. Cinsi azlıqları , əxlaqsız insan nümunələrin tv-mətbuatdan yığışdırın, yaltaq ,məddahlıq edib büdcəni talayanları uzaqlaşdırın. Abırlı, ləyaqətli adamlara söz deməyə imkan verin

Vahid 2022-09-15 20:45:41

Gözden perde asmayin.

x 2022-09-15 15:35:39

Hamiya belli oln siradan bir şey. Sülhməramlı getmək istəyən 10 min verir. Vermir e istəyirlər

t.ədalət 2022-09-15 14:24:37

Müdafiə nazirliyi öz eyibinin üstünü açmamaq üçün faktı ört-basdır edəcək.

Amon 2022-09-15 13:29:38

Bu tek vetendasi yox cemiyyeti de narahat eden meseledi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol