Menu

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlanıb

15.09.2022, 14:21
Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək görüşün dəqiq tarixi və gündəliyi açıqlanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə lideri sabah, sentyabrın 16-da bir araya gələcəklər.

Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.

Dövlət başçıları Ukraynada taxıl ixracı ilə bağlı avqust ayında Soçidə əldə etdikləri razılıqların icra vəziyyətini müzakirə edəcəklər. Bundan başqa, R.T.Ərdoğan və V.Putinin Rusiyadan taxıl ixracı, Cənubi Qafqaz və Suriyadakı durum barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol