Menu

AZƏRBAYCAN HANSI ƏRAZİLƏRƏ NƏZARƏTİ BƏRPA EDİB? - Erməni nəşri açıqladı (SİYAHI)

15.09.2022, 18:20
AZƏRBAYCAN HANSI ƏRAZİLƏRƏ NƏZARƏTİ BƏRPA EDİB? - Erməni nəşri açıqladı (SİYAHI)

Ermənistanın "Hayaliq" nəşri açıq mənbələrin monitorinqinə istinadən yazır ki, Azərbaycan Ordusu 12 sentyabrdan sonra qeyd olunan istiqamətlər üzrə nəzarəti bərpa edib:

1. Geqarkunik (Göyçə mahalı) bölgəsində 25 kv.km;

2. Axpradzor (Yuxarı Zağalı) istiqamətində 4,5 km irəliləyərək Xorapor dağına (2906 metr) çatıb;

3. Verin Şorja (Yuxarı Şorca) istiqamətində 8 km. irəliləyərək, Çermakakar (2747 metr), Uxtasar (2851 metr) və 2484 metr adsız yüksəkliklərə nəzarəti bərpa edib;

4. Norabak (Əzizli) istiqamətində 7 km irəliləyərək 2338,6 metr hündürlüyü olan adsız yüksəkliyə nəzarəti bərpa edib.

Nəşr iddia edir ki, son 2 ildə Azərbaycan Ordusu Ermənistan ərazisinin ümumilikdə 150 km²-ə yaxınını, yəni 15 min hektarlıq ərazini öz nəzarətinə götürüb.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2022-09-17 11:30:04

Bu ermənilər bir şeyi unudublar ki, Azərbaycan zaman-zaman verilmiş torpaqlarını qaytarır. geri İnşallah birinci hədəf. 29 may 1920-ci ildə verilmiş 9 min kv.km-in serhedleri olacaq. Çünki, həmin tarixdən sonrakı topraklar bölşevikler tetrefinden onlara peş çekilib. Yəni bieinci mərhəlıdə biz, 20, 8 min kv. km geri götürmeliyik. Sonrası da baxır ermənilərin davranışına. Amma istənilən halda bu dığalar düzələn deyil. Ona görə də zamanı gələndə özləri yox olub gedəcəklər.

turan 2022-09-16 23:25:44

Azərbaycan heç bir ərazini nəzarətə götürməyib, o dədə-baba torpağına qayıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol