ERMƏNİLƏR SƏRHƏDDƏ YENƏ TƏXRİBAT TÖRƏTDİ - Bölmələrimizə basqına cəhd edilib + VİDEO (Yenilənib)

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


***

Ermənistan silahlı qüvvələrinin diversiya qrupu Kəlbəcər istiqamətində dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

635x100

Şərhlər

dadaşyev 2022-09-22 16:36:45

Dörd gündən sonra 44 günlük müharibənin başlanmasının iki illiyidir.Erməni revanşistləri yoxsa hazırlıq görürlər o günə?

Son yazılar