"Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir".
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın dediyi sözlə əməli arasında fərq var: "Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı”.


Şərhlər
Bu minalar Ruysiyada istehsal olunur.İzi itirmək üçün Putin istehsalçı kimi ermənistanı göstərir.ermənistanın mina istehsal edən zavodu yoxdur.ermənilər Rusiyanın iştirakı ilə "Alazan" və başqa tip silahlar hazırlayırdı.
1795ci ildən öncə yerli türklər, onları Markaryanla Stalinə zorla deport etdirdikdən sonra azərbaycanlı vətəndaşları 1987ci ilə əkib-becərib, yedişdirib-yedizdırıb, qrekorian sektasını o qədər quduzdurub ki, torpaq-yer, ot-yem alətləri əvəzinə minalar istehsal edirlər? ABŞlı əminiz də bunları məsləhət görüb-bir uçuş mal göndərib, ardınca çuşkalar da göndərişə hazırlanır!