MÜHARİBƏ UZANACAQ, FİNAL DƏYİŞMƏYƏCƏK – “Putinə “qələbə” nümayişi lazımdır...”

Rusiya Ukrayna müharibəsində nəinki istədiyinə nail ola bilib, əksinə, çoxlu texnika və xeyli sayda canlı qüvvə itirib. Əgər hərbi səfərbərlikdən sonrakı mərhələdə Rusiya ordusu qələbə qazana bilməsə, onda Prezident Vladimir Putinin aqibəti acınacaqlı sonluqla bitəcək.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info”portalı “Müharibə uzanacaq, finalın dəyişməsi ehtimalı şübhəlidir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. 

Həmin məqalənin tərcüməsini təqdim edirik: 

”Putin özünü cəsarətli göstərməyə çalışan və daima başqalarını qorxutmaq istəyən yekəxana məhəllə uşağı kimi aparır. O, hətta zərbə də vura bilər, lakin onun şücaəti gücü ilə yox, qorxusu ilə bağlıdır. Belə adama ”dava istəyirsənsə, gəl başlayaq” deyəndə, o, tələyə düşür. Əgər zərbə vurmasa, onun qorxutma konstruksiyası dağılacaq, bəlli olacaq ki, elə bu yekəxananın özü qorxurmuş. Kreml strateqləri Ukraynanı qorxutmaq üzərindən oynamağa cəhd göstəriblər. İlk başda müharibəyə başlamaqla, sonra isə ərazinin bir hissəsini işğal etməklə bu strategiyanı davam etdiriblər. Amma onlar ukraynalıların “döyüşmək deyirsinizsə, gəlin döyüşək” inadı ilə qarşılaşdılar və etdiklərinin əvəzini almağa başladlar. Bəlli oldu ki, rusların dünyanı qorxudan “parad ordusu”nun qalib gəlməsi mümkün deyil.

Digər yandan, əgər heç bir dəyişklik edə bilmirsənsə, onda hər dəfə güclü zərbələr yeyəcəksən. Kreml üçün anoloji vəziyyət yaranıb, çünki o, məğlubiyyətə uğradığı təqdirdə, illərlə qurduğu bütün qorxu konstruksiyası alt-üst olacaq.

Bu ölkə daxilində təsir imkanlarının itirilməsi ilə yanaşı, həm də regional super güc statusunun itirləməsi deməkdir. Putin və onun ətrafı üçün problem ondan ibarətdir ki, Rusiya tarixində hərbi və ya hərbi-siyasi məğlubiyyəti etiraf etmiş heç bir hökmdar hakimiyyətdə qala bilməyib. Bəli, tarixdə elə dövrlər olub ki, Kreml (və ya Qış sarayı) məğlubiyyəti əhaliyə “qələbə” kimi təqdim edib. Ancaq onlar Ukraynada “qələbə” qazandıqlarını deyə biməyəcəklər.

Bu fonda Putinin ətrafı çıxış yolunu Ukraynaya daha çox təzyiq göstərməkdə görür. Ancaq əsgər sayının artırılması həm də cəbhəni öz əsgərlərinin cəsədləri ilə doldurmaq deməkdir.

Yay aylarında Luqansk və Donetsk vilayətlərində əldə etdikləri uğurlar “LXR-DXR”-dən yığdıqları adamların kütləvi utilizasiyası hesabına təmin olunmuşdu. Lakin indi oyuncaq “LXR” və “DXR”-in küçələrindən yaxalayıb cəbhəyə tullamağa adam qalmayıb. ”Könüllü” səfərbərlik uğursuzluğa düçar olub. Bir çıxış yolu qalıb - Rusiyanın daxilindən əsgər toplamaq.

Təlaşa düşənlər qonşu ölkələrə (Gürcüstan, Qazaxıstan, Belarus və sairə) gedib “gözləyəcəklər”. Oradakı turizm sferası pul tələb edir. Bu yol imkanı olanlar üçündür. Yerdə qalanları toplayıb müharibəyə aparacaqlar. Belə hərbi birləşmələrin döyüş qabiliyyəti şübhə altındadır, lakin Kreml generallarının düşüncəsinə görə hərbi qeydiyyat mütəxəssisləri hazırlıqlı kadrlar məsələsini həll edəcək və onları tez bir zamanda cəbhəyə yollamaq mümkün olacaq.

Putinə “qələbə” nümayişi lazımdır, ona görə də cəbhəyə yeni “ət parçası” cəlb etməyə ehtiyac yaranıb. Bəs, əgər bu taktika uğur gətirməzsə, onda necə olacaq?

Onda həmin mərhələdə Putinin problemləri başlaya bilər. Bu “inqilab” şəklində yox, çox ehtimal ki, “mənasız və qəddar rus üsyanı” ilə müşayiət ediləcək saray çevrilişi formasında baş verəcək.

Müharibə uzanacaq, finalın dəyişməsi ehtimalı şübhəlidir. Səfərbərlik elan edilməsi vəziyyətin heç də yaxşı olmadığının Kreml tərəfindən dolayı yolla etirafıdır. Ümumi mənzərəni qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar:

1. Rusiya anlayır ki, mövcud güclərlə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək olmaz.

2. İtkilərin səviyyəsi yüksəkdir. Əgər ruslar cəmi 3-4 min, maksimum 10 minə kimi əsgər itirsəydilər, səfərbərliyə gərək qalmazdı. Ukraynaya geniş miqyaslı hücum edən zaman hərbi qruplaşmalardakı ümumi əsgər sayı 150 min nəfərdi.

3. Rusiya rəhbərliyinin standart düşüncə tərzindən kənar fikirləşmə qabiliyyəti yoxdur, problemin yeni həll yolları axtarılmır.

Bu üç tezis Rusiya Federasiyasında informasiya əməliyyatı aparmaq üçün Ukrayna tərəfinə hədiyyə hesab oluna bilər.”

V.Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Eldəniz 2022-09-24 18:05:40

Hitler də dünyanı tutmaq istəyirdi ..bu da onun tayı .atom silahı atsa bele yenə qələbəsi olmaz ...mənasız şəxsi müharibə aparır.Ozunu 1 ci Pyotr kimi aparmaq istəyir.

Cəmşid Dərələyəzli 2022-09-24 13:31:02

Elə bilirəm, Putin çox yaşamayacaq. Çünki, daxildən hikkə, müştebehlik və ən əsası da Ukraynadakı uğursusluğu və pis vəziyyətə düşməsi onu daxildən yeyib bitirir. Ona görə də Putin bu az zaman içərisində 10 il qədər qocalıb. Hələ son dönəmdə verdiyi qərarların ölkə içində təsiri heç də ürək açan deyil. Ona görə də artıq ağlına yox, ağzına ne gelir danışır. Hətta nüvə silahını işə salacağını belə açıq söyləyir. Amma sanmıram ki, onun belə vəziyyətində çevrəsindəki insanlar buna imkan versinlər. Çünki, bu addım dünyanın bir hissəsini yox edəcəksə, Rusiyanın tamam yox olmasına getirib çıxarar. Ona görə ki, Atom silahı başqalarında da var. Allah dünyanı belə avantürüstlerden qorusun. .

Son yazılar