Rusiyada hərbi komisarlıqlar yandırılır - Əhali səfərbərliyə etiraz edir

Sentyabrın 24-ə keçən gecə Rusiyanın Kansk şəhərində naməlum şəxs hərbi komissarlığı yandırmağa cəhd edib. İlkin məlumata görə, birinci mərtəbənin pəncərəsindən binanın içinə “Molotov kokteyli” atılıb. Yanğın 20 dəqiqə ərzində söndürülüb. Sənədlərə ziyan dəyməsə də, ofisdəki bəzi mebellərin yanıb.

Ötən gün naməlum şəxslər Amur vilayətinin Xabarovsk və Svobodnı şəhərində hərbi komissarlıqların binalarını yandırıblar.

Xabarovskda yanar maye olan butulkalar səfərbərlik idarəsi rəisinin kabinetinin və statistik sənədlərin saxlandığı otağın pəncərələrindəki barmaqlıqların arasına qoyulub, sonra yandırılıb. Yanğın hərbi komissarlığın əməkdaşları tərəfindən söndürülüb, sənədləri yanmayıb.

Svobodnıda isə naməlum şəxs hərbi komissarlığın binasına “Molotov kokteyli” atıb, yanğın fasadı zədələyib.

Xatırladaq ki, Ukraynaya qarşı işğalçı müharibə başladıldıqdan sonra sonra Rusiyada hərbi komissarlıqlara hücumlar tez-tez baş verib.

Mayın 3-də naməlum şəxslər Omskda hərbi komissarlığın binasını yandırmağa cəhd ediblər. Mayın 4-nə keçən gecə naməlum şəxs Nijnevartovsk şəhərinin Mira küçəsində yerləşən hərbi komissarlığın binasına iki ədəd “Molotov kokteyli” atıb. Oxşar hallar Balaşixa, Yaroslavl və Çerepovetsdə də baş verib.

Sentyabrın 22-də - Rusiyada səfərbərlik elan edildikdən bir gün sonra Zabaykaliyanın Kira kəndində naməlum şəxs hərbi komissarlığın binasına “Molotov kokteyli” atıb. Hücumlar Sankt-Peterburq və Orenburq vilayətində də baş verib.

Lomonosov şəhərində gecə saatlarında rayon hərbi komissarlığının birinci mərtəbəsi, Orenburq vilayətinin Qay şəhərində də analoji hadisə baş verib.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar