"Mariupol qəssabı" nazir müavini təyin edildi - General Dmitri Bulqakov vəzifədən uzaqlaşdırıldı

Rusiya silahlı qüvvələrin maddi-texniki təchizatına cavabdeh olan ordu generalı, müdafiə nazirinin müavini Dmitri Bulqakov tutduğu vəzifədən azad edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o, başqa işə keçəcək.

Bulqakovun əvəzinə müdafiə nazirinin müavini vəzifəsinə əvvəllər Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri vəzifəsini tutan general-polkovnik Mixail Mizintsev təyin edilib. Ukrayna hərbçiləri iddia edirdilər ki, Mizintsev Mariupolun mühasirəsinə rəhbərlik edib və bu, ona "Mariupol qəssabı" ləqəbini qazandırıb.

Martın 31-də Mizintsev Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilib.

Ordu generalı Dmitri Bulqakov 2008-ci il dekabrın 2-dən müdafiə nazirinin müavinidir. Onun indi hansı vəzifəni tutacağını hərbi idarə dəqiqləşdirməyib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar