Menu

İranda daha iki gənc qadın öldürüldü

26.09.2022, 12:09
İranda daha iki gənc qadın öldürüldü

İran hökumətinin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyalarına qoşulan iki gənc qadının ölümü ilə bağlı yeni fakt açıqlanıb. Milli.Az xəbər verir ki, təbrizli Aysan Mədənpəsənd və Mazəndəranın Noşəhr şəhərindən olan Hənanə Kiyanın İran hökumətinin məmurları tərəfindən öldürüldüyüi təsdiq edilib.

Aysan Mədənpərəst həbs edildikdən sonra məmurlar tərəfindən döyülərək aldığı ağır xəsarətlər nəticəsində ölüb.

Təhlükəsizlik məmurları Aysanın ailəsinə təzyiq göstərib və onun ölümünün təbii şəkildə baş verdiyi barədə məcburi açıqlama vermələrini istəyib.

Hənanə Kiya isə sentyabrın 23-ü axşam saatlarında Noşəhrdə keçirilən dinc aksiyada xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib.

Şərhlər

dadaşyev 2022-09-26 12:20:57

Demişəm,yenə də deyirəm:İran Tiryək Respublikasının sonu çatıb.Özünüzü İran içindəki qarışıqlıqlara və Cənubi Azərbaycan Respublikasına hazırlayın.Öldürülən qızlardan birisinin Təbrizli olması onu göstərir ki,işlərə kənardan barmaq edən biriləri var.İranı dağıtmaq üçün əsas hansı şəhəri silkələmək lazım olduğunu gözəl bilir.Bundan sonra Təbriz sakit dayanarmı?Bu gün bütün Təbriz,sabahdan bütün İran çalxalanacaq.İrəli,TƏBRİZ!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol