Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, Lənkəran rayonu, Göyşaban bələdiyyəsinin sədri Abdulla Fətdayev vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsilə ittiham elan olunub.

Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, həmin maddəyə görə, şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

635x100

Şərhlər

Osman 2022-09-27 15:36:38

Bələdiyyə sədrinin nə haqqı var ki, Icra hakimiyyətindən gizli inə isə edə bilsin.Bütün Respublikada hamı bilir ki, bələdiyyə Icra hakimiyyəti başçısı üçün rüşvət toplayan orqan kimi formalaşdırılıb. Bir o sədrdən soruşun görək aldıqlarını kimlərə verib və onun özünə nə qədər çatıb.Bax ,burdan başlamaq doğru olar.t

Son yazılar