Millət vəkili, yazıçı İmamverdi İsmayılov 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik:
Qəhərman qardaşlarım!...
Siz Tarix yazdınız, ruhunuz qarşısında borcumuz əbədidir!...
Məzarınıza düzülən qərənfillərin rəngindəcə – al qanınızla yaratdığınız bu Zəfər Tarixini...
O qanlı güllər bəzəyir şanlı qəbrlərinizi...
Qəhrəman şəhidlərin ruhuna əbədi şahidlik edir...
Anım günü – bu, şanlı bir tarixdir!
Qürur duyuruq, öyünürük sizinlə!...
Anım günü - gəldik…
Elliklə…
Hamılıqla gəldik…
Qarşınızda baş əydik, güllər düzdük…
Müqəddəs ruhunuza dualar oxuduq…
Ruhunuz necə də şaddır: Ana Vətən azaddır!...
Əzəli torpaqlarımız, ulu yurdlarımız indi rahat nəfəs alır, yenidən qurulur, tikilir…
Qələbə yolları uzanıb arzularımız boyunca gedir. Yüksəkliklərəcən gedir...
Qarabağ bizimdir!...
Zəfər bizimdir!...
Sənin…
Mənim…
Və... onların!!!


Şərhlər
Ruhları şad olan Şəhidlərin hamısı kasıb balalarıdır.Aralarında YAP-çıların , məmurların və Rusaiyanın yetirmələrinin uşaqları yoxdur.
Ruhu şad olan şəhidlərin