Menu

İranın Ermənistan siyasətinə etiraz edən güneyli fəal azadlığa çıxıb

11.11.2014, 15:18
İranın Ermənistan siyasətinə etiraz edən güneyli fəal azadlığa çıxıb

İranın Ermənistanla bağlı apardığı siyasətə etiraz olaraq keçirilən toplantılara qatıldığına görə həbs edilmiş Bəhmən Xaliqi azadlığa çıxıb.

Bəhmən Xaliqi Təbrizin mərkəzi zindanında saxlanırdı.

“Media forum” saytı “Oyannews.com”un farsdilli versiyasına istinadla xəbər verir ki, Bəhmən Xaliqi 6 aylıq həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

Mədə ağrılarından əziyyət çəkən azərbaycanlı fəalın həbsdə olduğu müddətdə müxtəlif psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

Bəhmən Xaliqi İranın Ermənistanla bağlı xarici siyasətinə etiraz olaraq Marağada keçirilən toplantılara qatıldığına görə tutulmuş, 2013-cü ilin yanvarında 6 aylıq həbsə məhkum edilmiş, sonra mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı. 2014-cü ilin fevralında o, Beynəlxalq Ana Dili Günü ərəfəsində qısa müddətə tutulmuşdu. Həmin ilin iyununda isə Bəhmən Xaliqi 6 aylıq həbs cəzasının qalan hissəsini çəkmək üçün zindana salınmışdı.

Bəhmən Xaliqi Güney Azərbaycanın Binab şəhərindəndir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol