Menu

İran yeni PUA-sını "Bayraktar"a bənzətdi - "Onların götürə bildikləri pis bir surətidir" (FOTO)

28.09.2022, 13:07
İran yeni PUA-sını "Bayraktar"a bənzətdi - "Onların götürə bildikləri pis bir surətidir" (FOTO)

İran "Şahab" adlı yeni pilotsuz uçuş aparatının (PUA) təqdimatını edib.

APA-nın Tehran bürosunun məlumatına görə, “Şahab” adlı yeni dron "Safir" təlim pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasıdır.

“Şahab” bu gün ilk dəfə İran Hərbi Hava Qüvvələrinin sərgisində nümayiş etdirilib.

Bu PUA kəşfiyyat qabiliyyətinə, 11 min fut (red-0,3048 metr) uçuş hündürlüyünə, 8 saat uçuş müddəti, 200 km məsafədə kəşfiyyat missiyası üçün uçuş radiusunu artırmaq qabiliyyətinə malikdir.

Həmçinin bu dronun uçuş, eniş və qalxma zamanı tarazlığını qorumaq üçün onun qanadlarının ucu “V” forması şəklində işlənib. 

Qeyd edək ki, İran digər ölkələrin PUA-larının uğursuz surətlərinin çıxarılması ilə ad qazanıb. Yeni təqdim olunan "Şahab" PUA-sının arxa tarazlıq hissəsinin "V" formasında işlənməsi "Bayraktar TB2"-yə bənzədilməyə çalışıldığı görünür.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Rusiyanın istifadə etdiyi İran puaları ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Rusiya təbliğatı İran PUA-larını hansısa “super nailiyyət” və ya “vundervaffe” kimi təqdim etməyə çalışır: Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin.

“Əslində, bu, Amerika və İsrail PUA-larının vurulduqdan sonra götürə bildikləri pis bir surətidir. Məsələn, onun belə bir çatışmazlığı var - çox səs-küylüdür, onu xeyli məsafədən mühərrikin səsinə görə müəyyən etmək mümkündür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol