“DİALOQA HAZIRIQ, AMMA RUSİYANIN YENİ PREZİDENTİ İLƏ...” – “Putin ləyaqət və namusun nə olduğunu bilmir”

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən iclasından sonra açıqlama verib. Toplantıda Rusiya rəhbəri Vladimir Putinin Ukraynanın 4 vilayətinin ilhaqının rəsmiləşdirilməsi və bundan sonra Kiyevin atacağı addımlar müzakirə olunub.

"AzPolitika.info" xəbər verir ki, Zelenskinin sosial şəbəkə hesabında paylaşdığı açıqlamada deyilir:

"Birincisi, sülhü yalnız Ukraynanı gücləndirmək və işğalçıları bütün ərazimizdən qovmaqla bərpa edə bilərik. Bu yolla gedəcəyik.

İkincisi, Ukrayna danışıqlar məsələsində öndə olub və belə olaraq qalır. Məhz bizim dövlət Rusiyaya həmişə bərabər, vicdanlı, ləyaqətli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edirdi. Aydın məsələdir ki, bu Rusiya Prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və namusun nə olduğunu bilmir. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma artıq Rusiyanın başqa prezidenti ilə...

Üçüncüsü, biz faktiki əldə etdiklərimizi artıq hüquqi cəhətdən fiksə etməliyik. Məhz Ukraynada demokratiyanın taleyi tiranlıqla qarşıdurmada həll olunur".

"AzPolitika.info"

635x100

Şərhlər

vetendas 2022-10-01 11:24:20

Bu Zelenskinin basi tamami ile gedib)))))

BKM 2022-09-30 20:25:28

Yolunuz açıq olsun!

Zeleniskiyə 2022-09-30 19:51:31

İki üzlü axmaq amerika və qərbin peşkası muharibə başlamazdan əvvəl rusiya demədimi neytrallıq statusu al sən isə təlxəklik edərək avropa deyib nato eşitdin səni kimi prezidendi olan ölkə məhvə məhkumdur ukraynanı xarabalığa çevirmisən satqın amerikan və anglo saksonların fitnəsi ilə xalqı qırğına verdin əvvəlcədən razılaşa bilərdin neytral status götürməklə muharibədən qaçmaq olardı şərh bölməsində duranlar şərhimi verin verməsəniz başqa cür yazacam

Eli 2022-09-30 19:36:04

Deyesen ara yavaş yavaş qarışmağa başlayır ve yaxın günlerde biz NATO Rusiya müharibedinin şahid olcayıq ve bu qaçılmazdır.

Əzrail 2022-09-30 19:17:37

Putler və müttəfiqləri kimlərdisə. Tiran və barbar, diktatörler hansı ki, Putin'in yanındadırlar!!!

Son yazılar