Menu

Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

30.09.2022, 22:15
Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz NATO-nun açıq qapı siyasətinə inanırıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", - nazir vurğulayıb.

Coli, həmçinin bildirib ki, Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qoşunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.

Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol