“QAÇAN QAÇACAQ, QALAN DA ÖLƏCƏK...” – Nemtsov ölümündən az əvvəl nə demişdi?

Rusiya Federasiyası Baş nazirinin sabiq birinci müavini, mərhum liberal siyasətçi, Putinin qatı əleyhdarı olmuş Boris Nemtsov (2015-ci il 27 fevralda Kremlin yaxınlığında qətlə yetirilib) ölümündən az əvvəlki çıxışında Krımın ilhaqını Rusiya üçün faciə adlandırmışdı. 

Bu gün Kremldə Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin Rusiyaya birləşdirilməsi mərasimindən sonra Nemtsovun sözügedən çıxış sosial şəbəkələrdə trendə çevrilib.

Nemtsov demişdi: "Çoxları düşünür ki, Krımın anneksiyası Putinin reytinqini daha da artıracaq. Amma və lakin vaxt gələcək, Ukrayna böhranı Putin üçün son olacaq. Təəssüf ki, Putinin avantüralarına görə Rusiya dünyada tam təcridə məruz qalacaq. Rusiyaya tətbiq edilən sanksiyaların sayı belə unudulacaq. Rusiya dünyada hörmətsiz gücə çevriləcək, ruslar dünyada izolyasiyaya məruz qalacaq, qaçan qaçacaq, qalan ya öləcək, ya da həbs ediləcək. Mən qorxuram ki, bunun sonu nüvə müharibəsinə və böyük fəlakətə apara bilər. Buna görə Qərb indi Putini dayandırmalıdır. Sonra çox gec olacaq..." 

Nemtsovun bu proqnozunun bu gün tamamilə özünü doğrultduğunu görürük.

"AzPolitika.info"

635x100

Şərhlər

Camaat 2022-10-04 17:12:33

Heyiki putin belə zəkalı insanların axırına çıxdı.

vetendash 2022-10-03 02:28:20

Rusiya siyasi sehnesinde nadir ve guclu siyasetci idi, butun proqnozlari duz cixir.

Seyid ƏNHU 2022-10-01 00:49:40

Belə bir zəka sahibini anındaca öldürmək o deməkdir ki, mafiya mütərəqqi dünyadan daha çevik düşünür. Və də dərhal hərəkəıtə keçir.

Eli 2022-10-01 00:45:05

Bu Dünyanın edaletsiz bir dünya olduğunu hamı bir dsha görür ve yeqin ki,tesdiq de edir:bele bir ağıllı,derrakeli,vetenperver İnsanın taleyini Putin kimi “НКВД» celladı hell edib ve öz doğma xalqına qenim kesilib.Kimdir axı bu Putin ne edib o öz xalqı üçün bu 22 ilde,hansı nailiyyetlere nail olub ve beşeriyyete ne verib bu Lider ve bu millet bu 22 ilde.

Son yazılar