Menu

Bayden Ukraynaya 12.3 milyardlıq hərbi yardımı təsdiqlədi - Nüvə zərbələrinə hazırlıq üçün də vəsait ayrıldı

01.10.2022, 15:10
Bayden Ukraynaya 12.3 milyardlıq hərbi yardımı təsdiqlədi - Nüvə zərbələrinə hazırlıq üçün də vəsait ayrıldı

ABŞ prezidenti Co Bayden Ukraynaya 12,3 milyard dollar hərbi yardım da daxil olmaqla, hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün qanun imzalayıb.

Tranş xüsusən, hərbi yardıma, Ukrayna hökumətinin fəaliyyətinin dəstəklənməsinə, həmçinin Ukraynada potensial nüvə və radioloji insidentlərə hazırlaşmaq və onlara cavab vermək üçün yönəldiləcək. Bu istiqamətdə əlavə olaraq 35 milyon dolların ayrılması planlaşdırılır.

Xatırladaq ki, qanun layihəsi ötən ay ABŞ Konqresi tərəfindən qəbul edilib.

"Biz Ukrayna xalqını dəstəkləyirik. Biz onları həyatları, demokratiyaları və Rusiyanın təcavüzünə qarşı dünya demokratiyası uğrunda mübarizəsini dəstəkləyirik", - Nümayəndələr Palatasının üzvü Roza DeLauro qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirmişdi.

ABŞ, Avropa ölkələri, eləcə də Yaponiya və Avstraliya artıq Ukraynaya milyardlarla dollarlıq hərbi, maliyyə və humanitar yardım edib. Ümumilikdə ABŞ artıq Ukraynaya 44 milyard dollara yaxın, Böyük Britaniyaya 6 milyarddan çox, Almaniyaya üç milyarddan çox vəsait ayırıb. Başqa ölkələrin köməyi müqayisədə azdır.

Bundan əvvəl Rusiya nümayəndələri dəfələrlə Qərb ölkələrinin Ukraynaya yardımına münasibət bildiriblər. Onların fikrincə, NATO Ukraynaya silah verməklə “odla oynayır” və belə qanunların qəbulu vəziyyəti daha da ağırlaşdıracaq. Həmçinin Rusiya Ukraynaya silah tədarük etdiyinə görə ABŞ da daxil olmaqla bir neçə ölkəyə bu cür addımları pisləyən nota göndərib.

"AzPolitika.info"

Şərhlər

Oxucu. 2022-10-01 21:12:12

Niyə şərhimi vermirsiz?

Oxucu. 2022-10-01 17:12:36

Gələcəkdə ( əgər dünyada yaşayış olarsa) Baydenin dövrü silah sanayeçiləri üçün qızıl dövür kimi qalacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol