“HAMI BAŞA DÜŞÜR Kİ, RUSİYA UDUZUB...” - “Ukraynanın iki parlaq qələbəsi, Putinin sonunu gətirəcək”

“Putinin Rusiyadakı fəaliyyətinin son dövrüdür. Onun ətrafındakılar da başa düşürlər ki, artıq uduzublar. Bir müddət sonra Kreml Putini vəzifəsindən kənarlaşdıraraq, daha əlverişli şərtlərlə təslim olmaq üçün Qərbə yalvarmağa başlayacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski Ukrayna mətbuatına açıqlamasında deyib.

Piontkovski Putini və onun ətrafındakı şəxsləri əclaf adlandırıb: “Onların hamısı Ukraynanın məhv edilməsinin tərəfdarı olublar. Normal düşüncəyə malik insanların çoxu indi başa düşür ki, Ukraynada müharibə bitib və Rusiya uduzub. Rusiya üçün indi hakimiyyəti saxlamaq daha vacibdir. Ona görə də Kreml hazırda hər vasitə ilə atəşkəsə nail olmağa çalışır”.

“Ukrayna qoşunlarının iki ciddi, parlaq qələbəsi Putinin sonunu gətirəcək. Və mən əminəm ki, bundan sonra Rusiyada daha yüngül şərtlərlə təslim olmağın yolların axtarmağa başlayacaqlar”, - Piontovski bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Kolxozdar 2022-10-03 09:32:25

Bu məğlubiyyəti Kreml və digər liderlər ən geci 1987-1990cı illərdən anlamalı, əks tədbir və ya mükəmməl islahatlar düşünməli idilər? Hazırda 32 il sonra belə dağıntılar və məğlubiyyəti durdurmaq belə mümkün görünmür? Toxunulmaz işğalçı hər tərəfə iddia edir, yerlə yeksan məğlub isə özünü qalib sanır? Təbii ki, faciə cəmiyyətlərə təsir edir!?

Cəmşid Dərələyəzli 2022-10-02 09:49:37

Nastiya xalanın uşaqları çox bedbin ve solğun görünürler. Çünki, Putinin ətrafında olan bu zadlar artıq vəziyyəti çox gözəl anlayırlar. Rusiyanın bütün alanlarda salındığı bu bərbad druma görə əslində onlar da Putin qədər məsuliyyət daşıyırlar və bunun da nə ilə nəticələnəcəyini çox gözəl bilirlər.. Ən əsası da dünyada Rusiya mifini öldürdüklərinə görə. Əslində o mif Azərbaycanın 44 günlük qələbəsində ölməyə başlamışdı. Ona görə də indi Nastiya xalanın desmal götürüb, diri iken ölmüş bu uşaqlarına indidən ağlaması gərəkdir.

Son yazılar