“Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm”.
“Report” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir:
“Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız.
Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.


Şərhlər
bu slavyan centlmenin çıxışına bir də 5-ci kolonun perspektivlərindən baxmaq gerekdir. Bu, rusdan artıq slavyandır, türklərin tarixi düşmənidir, islama nifrət edirlər. İndi quyruqları qapı arasında qalıb deyə buralara gəlib-imdada diləyirlər. Onlara burada qapını içəridən rusiyapərəst 5-ci kolonun nümayəndələri açırlar. Təsadüf deyildir ki, Avropada izolyasiya içində çırpınan Serbiya Azərbaycanla streteji müttəfiqdir. Buna Rusiyanın diqtəsi ilə Mammedyarov etmişdi. Azərbaycan Xarici İşlər NAzirliyində Serbiya heyranları da vardır, qeribe fenomendir, deyilmi?