Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.
“Pravda.az” saytının xəbərinə görə, Arıqıran kənd tam orta məktəbində 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub, həmin vaxt direktor və müəllimlər də məktəbdə olmayıb. 11-ci siniflər üzrə 55 şagirddən isə ümumiyyətlə heç biri məktəbdə olmayıb. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.
Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.








Şərhlər
Yeddinci şəkildə soldan üçüncü kişi Putinə oxşayır deyə əvvəl elə bilmişəm cənab Putini də dəvət ediblər yoxlama məsələlərinə.Ya da dvoynikidi.Bir də,əgər mümkünsə "Arıqıran" sözünü yazanda "r" hərfiylə "ı" hərfi arasında biraz geniş məsafə qoyun.Yoxsa "n" hərfinə bənzədir zəifgörənlər.
yaxshi ki mekter yerinde imish
Şəkiyə Orxan müəllim kimi Başçı lazımdır ! elxan Usubov 12-ildir başçıdır, həsən Həsənov 25-ildir birinci müavindir, zərinə Cavadova 18-ildir, səhiyyə , təhsil və mədəniyyət sahəsinə baxan müavindir, üç qurumum 3-də bərbad vəziyyətdədir, Əraxzi İdarə etmə şöbəsinin müdiri rəfail Manafov 30-ilə yaxındır, Hüquq şöbəsinin müdiri əhmədiyə 450-ilə yaxındır, yaşıda 70 çatıb,ancaq əl verdiyinə görə onu işdə saxlayırlar ? Bu rayonda inkişaf olarmı ???????
AFƏRİN! Bu günün ən vacib hadisəsidir. Millətin taleyi təhsilin keyfiyyətindən asılıdır. Ümid edək ki, göstərişlə, gündəmi dəyişmək üçün edilməyib ...
Əslində bu hal bütün kənd rayonlarında var. Təhsi Nazirinin isə umurunda belə deyil. Orta məktəblərdə
yuxarı sinif şagiredlərinin əksəriyyəti derse getmir və bunun da tebii ki haqqı var. On agörə də biz orta məktəblərdə mükəmməl gənclər yox Yarımçıq papaqçılar yetişdiriruk. 9-11 sinif şagirdləri dörd fenden başqa bütün fenlerden mehrum olmaları onları kamilliyini heçə endirir. Ona görə də bu ali məktəblərə qəbul balı 150-yə endirildi. Sadəcə fəlakət. Bu yöndə bu başçıya sağol deyirik və bütün rayonlarda kresloda oturub dolayı işlərlə meşqul olan başçıları da bu marafona qoşulmalarını məsləhət bilərdik.
Təhsuili evlərdən məktəbə qaytarmaq lazımdır.
Aaaa!Başlığın altındakı ilk şəkildəki kök kişi kimdi?O da müəllimdi?Vay dədəəəə!Nə yekə kişidoaəəə bu!Xankəndinə gecə tək girib Koroğlu kimi dəli bir nərə çəksə bütün ermənilər dağılışar oralardan ikicə saata,elə bilərlər Qiyamətdi,mələk İsrafil surunu çalır.Görünür dərs dediyi fənn də yekədi.Nədən dərs verir görəsən?Ola bilsin elmə məlum olmayan yeni dərsdi.
Salam. İcra başçısının orta ümumtəhsil məktəblərində tədrsin, müəllim kollektivinin işə yanaşmasının və şagirdlərin davamiyyətinin yoxlaması təqdirəlayiq haldır!!! Bu belə də olmalı və davam etdirilməlidir. Amma qeyd olunan materialda bir vətəndaş kimi məni maraqlandıran həm də kənd məktəblərinin tədris müəssisəsi adına yaraşmayan xarici görkəmi və vəziyyətidir. Fotoşəkillərdən də aydın görmək olur ki, (fotoşəkillərin çox təəssüf ki, hansı kənd məktəbinə aid olması qeyd olunmayıb) orta məktəbdə tədris üçün normal şəraitdən əsər-əlamət yoxdur, fotoşəkillərdə göstərilən sinif otaqlarında məktəbin maddi-texniki və tədris bazasının çox bərbad vəziyyətdə olması aydın görünür. Mənə elə gəlir ki, icra başçısı kənd orta məktəblərinin müasir dövrün təhsil və tədris tələblərinə uyğun qurulmasına xüsusi diqqət verməli və lazımi orqanlar qarşısında çox ciddi tələb irəli sürməlidir!
Orxan Murselova cox sagol deyirem ve azpolitikiyada bu cur numunevi xeberi isiqlandirdigina gore tesekkur edirem. Sekide tehsil berbad haldadir, icra hakimiyyeti iscileri bir defe de olsun oz yanlarindan seher ve kend mekteblerindeki mekteblerin yaxud sagirdlerin veziyyeti tehsili ile maraqlanmayiblar. Hec zaman gedib ders dinlemeyibler cunki ne veclerine var dovlet pul varsa ne veclerine! Dovletin onlara verdiyi selahiyeti ve masinlari ancaq oz sexsi kefleri aileleri ve var dovletleri ucun istifade edirler. Elm tehsil medeniyet merkezi olan Sekini batirdilar viran qoydular. Seki bugun butun etraf rayonlardan geride qalir Bakidaki cavabdeh rehberler ise bu biabirciliga qesden susur! Sekiye Orxan Murselov kimi muasir vetenperver dogru qerar veren sexsler lazimdir.
Burada serhlerde Orxan muellime soz atan tehsil emekdasi serhisine sozum budur ki, serefiniz olsun sagirdlerle maraqlanin, gozunuz sagirdlerin valideynlerinin cibinde olmasin!
Bu icra başçısının müəllimliyə böyük həvəsi var. Bunu müəllim qoyun qəşəng işləsin.
Halal olsun bu basciya. Simasindan serefli ve satqin olmadigini ilk gunden hissetmisdim. Fealiyyeti umidlerimi yaniltmir sexsen cox yaxindan musahide edirem. Buna baxmayaraq diger seher ve rayonlarda ...... uzvleri qalmaqda davam edir. Bunlardan biri goranboyun bascisi “cox savadli ve uzaq goren”meherrem quliyevdir. Onu ve onun kimileri mudafie eden(ler) su kimi melumdur maksimum 2 il vaxtlari qalib, baxmayaraqki direnirler! Unutmayin, sizin bu gununuz geleceyinize goz qamasdiran saxta isiq tuta biler, amma gelecek size ne edeceyini hec zaman saxta sozlerle bele olsa size picildamaz.
(serhlerin yayimlanmasi odenislidir?)