"LİMAN ŞƏHƏRİ İŞĞALÇILARDAN TAM TƏMİZLƏNDİ" - Zelenski açıqladı

Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə təmizləyib. “Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini azad edib. Şəhər mayın 26-dan Rusiyanın nəzarəti altında olub.

635x100

Şərhlər

qulu 2022-10-03 12:11:41

Слава ВСУ Украине,Слава Героям Украине.

Son yazılar