Menu

Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

03.10.2022, 13:14
Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2442 mina aşkarlayıb.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 464.06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Şərhlər

korrektor 2022-10-03 13:49:16

Siz indiyə qədər tapılan minaların ümumi sayını həmişə yazın ki, bu daha effektli olar və bu hesabatı xarici ekspertlərin qarşısına həmişə qoyun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol