Azərbaycan Fransa hökumətindən təzminat tələb edir. "Report" xəbər verir ki, bu barədə rəsmi Bakının oktyabrın 3-də Parisə verdiyi etiraz notasında qeyd olunub.
Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
Qeyd edək ki, oktyabrın 1-də gecə saatlarında bir qrup radikal erməni Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına qırmızı rəngli boya atılıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazılıb.

Şərhlər
Bəli.Tamamilə düzgündür tələbimiz.Və təzminatı verənə qədər də tələb etməliyik.Üstəlik dünya dövlətlərinə də bildirməliyik ki vermək istəmir təzminat,gecikdirir,himayə edir erməni quldurlarını.Oradakı ermənilər fransız deyillər yəni,onların hərəkəti Fransanı ləkələməz,eləmi?Azərbaycandakı, məsəla, Ruandalılar,Burkina-Fasolular,Əlcəzairlilər də Azərbaycanlı deyillər,sadəcə,turistlərdirlər,amma Fransa səfirliyinin binasına pomidordan,yumurtadan atsalar,Fransa əleyhinə təhqiredici yazılar yazsalar bu hərəkətləri Azərbaycanı ləkələməsə də Fransa bizdən təzminat istəməzdimi?Ola bilsin verəcəyi təzminatı geri almaq üçün gözləyir ki,hesab 1-1 olsun ki,versin,sonra tələb edib verdiyini alsın ki,itirdiyi heç nə olmasın.Vallah,bu qarmaqarışıq dünyadan nə desən çıxar.Özü də Xomeyni kimi həşşaşi terrorçubaşını İrana bəla etmiş Fransadan.