Menu

Şəkinin bu kəndində müəllimlər dərsi boykot etdi – “Biz onu qəbul etmirik...” + VİDEO

04.10.2022, 15:56
Şəkinin bu kəndində müəllimlər dərsi boykot etdi – “Biz onu qəbul etmirik...” + VİDEO

Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gununsesi.info”-ya adıçəkilən kəndin müəllimləri məlumat veriblər.

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.

Müəllimlər deyir ki, yeni tədris ilində keçmiş direktor ortalığa çıxmasa da, bu gün onun məktəbə gəlişi hər kəsi təəccübləndirib: “İndi gəlib ki, mən direktoram, amma biz onu qəbul etmirik. Valideynlər də onu istəmir. Bu məsələni nazirimizin diqqətinə çatdırmasını xahiş edirik”.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

dadaşyev 2022-10-04 17:38:40

Mənə elə gəlir ki,bizim cəmiyyətdə bəzi adamların üzündə su qalmayıb.A kişi,səni korrupsiyaya və digər neqativ əməllərinə görə işdən o söz.Bu necə bərbad mühitdir ki,səni təkrar o işə gətiriblər?Demək ki onu o işə bərpa edən də elə onun tayıdır.Ona görə də həmin o şəxs də bu dəfə yoxlanmalıdır,görək o da korrupsiya və digər neqativ əməllərə qurşanıbmı ya yox. A balam,bəsdirin də,yetişməkdə olan gənc nəslin maariflənməsi və tərbiyəsinə bu qədər barmaqarası baxmayın.Təhsil oyun çıxarmaq yeri deyil,söhbət gələcəyimizin davamçılarından gedir axı.Bir baxın,şagirdlərin də zəhləsi gedir o adamdan.Elə isə bundan nə direktor olacaq o məktəbdə?Ərə,a mən diyən,pulla hər şeyi almaq olar vallah,amma könüllərdən başqa.

Veteran 2022-10-04 16:10:59

bu direktor deyilən antimilli ünsürdü...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol