İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİLDİ - Vəzifəli şəxslər saxlanılıb (Yenilənir)

Lənkəranın icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir. Bu barədə Modern.az məlumat yayıb.

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hər hansı açıqlama verilməyib.

İcra hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

APA xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

635x100

Şərhlər

Şəkili 2022-10-04 22:05:22

Nə üçün bu əməliyyat Şəki İcra haskimiyyətində , Şəki şəhər Bələdiyyəsində və Kommunaxozda keçirilmir ?

Sehlam 2022-10-04 19:35:46

Bu emeliyyat Gedebey bascisi Orxan Murselovun mekteb yoxlanisi fealiyetine qarsi kecirilmis cavab emeliyyati olmasin? Sual dogurur... 1 gun sonra bas vermesi maraqlidir

Sozsuz 2022-10-04 19:30:04

icra hakimiyyeti emekdaslari tutulur basa dusduk gozel. Yaxsi niye poqon dasiyan diger rusvet alanlar tutulmurlar? En yaxsi halda tutulurlar sonra muxtelif behanelerle buraxilirlar? Bu edaletsizlikdir xalqin serefli zumresi bunu yaxsi gorur ve netice cixarir.

Son yazılar