Menu

İran casusluqda ittiham etdiyi ABŞ vətəndaşını sərbəst buraxıb

05.10.2022, 13:27
İran casusluqda ittiham etdiyi ABŞ vətəndaşını sərbəst buraxıb

İran casusluqda ittiham etdiyi Məhəmməd Baqir Namazini sərbəst buraxıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ABŞ və İran vətəndaşlığı olan Namazi azadlığa çıxdıqdan sonra İranı tərk edib.

O, Omana gedib.

Xatırladaq ki, Məhəmməd Baqir Namazi 2016-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı tərəfindən həbs olunaraq ABŞ-ın xeyrinə casusluqda ittiham olunurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol