Dünya liderləri və onların xanımları bazar ertəsi Pekində 22-ci Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammiti öncəsi keçirilmiş banketdə cəlbedici paltarlar geyiniblər.
Liderlərdən ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin xüsusi tərtib edilmiş Çin üslubunda geyimlərdə görünüblər.
Çin prezidenti Xi Jinping və xanımı Peng Liyuan banket öncəsi qonaqları salamlayıblar.
Cütlük və onların qonaqları Çinin zəngin tarixi və ənənələrini əks etdirən ipəkdən hazırlanmış milli qiyafələr geyiniblər. Xi bənövşəyi, digərləri isə firuzəyi, mavi, tünd qırmızı, qəhvəyi və digər rənglərdə paltarları nümayiş etdiriblər.
Geyimləri tərtib edən dizaynerlərdən biri Chu Yan deyib ki, liderlərdən bir çoxu paltarları təqdir ediblər. Chu-nun sözlərinə görə, Çili prezidenti Michelle Bachelet hətta iki bənzər geyim də sifariş etdirib. /BBC

Şərhlər