Ukrayna böhranından sonra bir çox qazaxıstanlını düşündürən suallar bunlardır: Qazaxıstan Möskvanın növbəti hədəfi olacaqmı və Rusiya ilə əlaqələr pisləşdiyi təqdirdə yerli rus icması nə kimi mövqe tutacaq, BBC müxbiri Abdujalil Abdurasulov xəbər verir.
Çoğrafi baxımdan Qazaxıstan günəşli Mərkəzi Asiyada yerləşir.
Hərçənd ölkənin şimalına səhayət edərkən az qala Rusiyanın Sibirinə gəlib çıxmış olursan.
Payız aylarında buralarda hava tutqun və soyuqdur. Oktyabrda isə qar yağmağa başlayır.
Şimali Qazaxıstanın bölgə paytaxtı olan Petrapavlovsk şəhərinin təməli 18-cə əsrdə Şərqə doğru genişlənən Rusiya İmperiyası tərəfindən qoyulub.
Şəhərin taxta evləri və adı onun Rusiya ilə bağlı keçmişindən xəbər verir. Şimal bölgəsində sakinlərin yarısı etnik ruslardır.
[caption id="attachment_69111" align="alignleft" width="300"]

Rusiya prezidentinin özünü bütün rusların müdafiəçisi kimi təqdim etməsi Qazaxıstanın növbəti hədəf ola biləcəyi barədə narahatlıqlar yaradıb.
Qazaxstanın şimal bölgəsinin geri alınacağı ilə bağlı bəzi Rusiya siyasətçiləri tərəfindən ara-sıra səsləndirilən bəyanatlar da belə narahatlıqların artmasına səbəb olur.
Bu yaxınlarda keçirilən gənclər forumunda pezident Putinə Şimali Qazaxıstanın gələcəyilə bağlı sual verilib. Rusiya prezidentinə verilən bütün sualların öncədən seçilib yoxlanılması barədə deyilənlər doğrudursa, bu, Qazaxıstan hökumətinə xəbərdarlıq kimi yozula bilər.
Lakin Qazaxıstanın şimalında yaşayanlar belə narahatlıq izhar etmirlər.
"Mən rusların əleyhinə nifrət oyadan nitqlər eşitməmişəm”, - Universitet müəllimi olan Viktor Bondarenko deyir.
SSRİ dövründə anadan olmuş cənab Bondarenko idman məşqçisi işləyib.
O, Sovetlər İttifaqının çökməsindən sonra Qazaxıstanda qalmaq qərarına gəlib və burada özünü rahat hiss etdiyini bildirir.
Bəziləri Rusiyaya getmək istəyir. Lakin bu, onların özlərini təhlükədə hiss etməsilə bağlı deyil.
[caption id="attachment_69112" align="alignleft" width="300"]

24 yaşlı Anton Ponamaryov onlardan biridir və niyyətinin yalnız maddi maraqlarla bağlı olduğunu deyir.
"Mən inşaatçıyam və Qazaxıstanda məvaciblər çox aşağıdır, - o, deyir.
“Məhz buna görə mən Rusiya getmək və ola bilsin ki, orada daimi qalmaq istəyirəm”.
"Problemimiz yoxdur"
Petropavlovsk rus mədəniyyət mərkəzlərinin liderlərindən biri mənim rusların həyatı barədə yazı üzərində işlədiyimi eşidərkən qəzəbli cavab verib.
"Bizim burada heç bir problemimiz yoxdur. Gəlib burada problem yaratmayın. Və mənə telefon etməyin”, - yerli lider bunu deyərək dəstəyi asır.
[caption id="attachment_69113" align="alignleft" width="300"]

Bir çoxları gərginliyi artırmamaq üçün aradakı bəzi narazılıqları müzakirə etmirlər.
Əvəzində sakinlər müxtəliflik və birlik imicini yaratmaq istəyirlər.
Petropavlovsk yaxınlığındakı Mədəniyyət mərkəzlərinin birində təşkil edilmiş konsertdəki səhnədə həm qazax, həm də rus rəqsləri nümayiş etdirilib.
Qazaxıstan ölkə bütovlüyünün dəyişməsinə dair çağırışlara görə cəzaları sərtləşdirib.
Ukraynadakı böhrandan sonra bir çoxları Rusiya ilə əlaqələr pisləşdiyi təqdirdə, yerli icmanın kimi dəstəkləyəcəyini sual edirlər.
"Ukrayna böhranı Qazaxıstan üçün yaxşı dərsə çevrilib”, - siyasi icmalçı Dosım Satbayev deyir .
"Bu deməkdir ki, ölkədə münaqişə olarsa, bəzi adamlar Rusiyanın Qazaxıstana dair siyasətini dəstəkləyəcək. Ola bilsin ki, bu adamlardan bəziləri Ukraynadakı ssenarini dəstəkləyəcəklər".
Bu kimi narahatlıqlar Moskva ilə əlaqələrdə gərginliyə səbəb olub.
Prezident Nazarbayev hətta ölkəsinin müstəqilliyinə təhlükə yaradarsa, Avrasiya İqtisadi İttifaqından çıxacağından danışıb.
İttifaq ideyası Qazaxıstanda populyar olsa da, şimal qonşusu ilə daha yaxın inteqrasiya Ukrayna hadisələrinə görə narahatlıq doğurub.
"Nazarbayevdən sonra hakimiyyətə gələn rəhbərlik Avrasiya İqtisadi İttifaqından çıxmaq istəsə nə olacaq”, - Dosım Satbayev sual edir.
"Rusiyanın bunu dəstəkləyəcəyinə əmin deyiləm. Biz də Ukrayna kimi təzyiqlərlə üzləşəcəyikmi?”


Şərhlər