PRAQADA ƏLİYEVLƏ PAŞİNYAN ARASINDA GÖRÜŞ KEÇİRİLDİ - FOTOLAR (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla yenidən görüşü olub.

Bu barədə Prezident İlham Əliyevin rəsmi “Istagram” səhifəsində paylaşım edilib. 

***

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq".

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”.

***

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirilib.

Görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilir. 

Liderlər Azərbaycan və Ermənistan arasındakı münasibətləri, eləcə də regionda davamlı sülhün təmin olunmasını müzakirə edirlər.

635x100

Şərhlər

Vahid 2022-10-06 20:18:56

Makron ordadısa, Erdoğan da orda olması lazim.Ele deyilmi ?

Son yazılar