Ərdoğan Paşinyanla görüş barədə: "Bölgədə tam normallaşmaya inanıram"

"Səmimi qəlbdən inanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".

"Report" "Habertürk"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar qarşılıqlı surətdə davam etdirilir.

"Bu görüşdə bəzi tələblər irəli sürülüb. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutandan sonra biz lazımi addımları atacağıq", - Türkiyə Prezidenti əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar