Putin Muradovu şərqə göndərir - Donbasda ümidləri doğrultmayıb

Qarabağdakı rus hərbi kontingentinə rəhbərlik etmiş general Rüstəm Muradova yeni vəzifə verilib.

“AzPolitika.info” xəbər verir ki, Dağıstan başçısı Sergey Melikov özünün “Telegram” kanalında bununla bağlı məlumat paylaşıb.

Məlumatda deyilir ki, Muradov bundan sonra Rusiya ordusunun şərq hərbi dairəsinə rəhbərlik edəcək. Şərq hərbi dairəsinə Rusiyanın uzaq şərq və Baykal bölgəsi daxildir. Mərkəzi qərargahı Xabarovskda yerləşən həmin hərbi birləşmənin vəzifəsi Rusiyanın şərq sərhədlərini qorumaqdır.

Bu, formal olaraq Muradovun vəzifəsinin yüksəldilməsi anlamını daşıyır. Lakin digər yandan bu təyinat göstərir ki, Muradov Ukraynada Putinin ümidlərini doğrultmayıb. Belə ki, buna qədər Muradov işğal olunmuş Donbasdakı rus ordu birləşmələrinə rəhbərlik edirdi. Bu ərazidə isə rus ordusu nəinki irəliləyə bilib, əksinə, əvvəlki mövqelərini itirməkdə davam edir. Artıq onu hələ ki, adı açıqlanmayan başqa bir general əvəz edəcək.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar