KRIM KÖRPÜSÜ PARTLADILDI - Putin xüsusi komissiya yaratdı, Kiyevdən açıqlama gəldi... + YENİ VİDEOLAR (Yenilənib)

Krıma hərəkət edən qatarlara bilet satışı dayandırılıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, Krım və Krasnodar arasında əlaqələni təmin etməkdən ötrü 4 yaxud 5 bərədən istifadə olunacaq.

Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Krım körpüsündə partlayış zamanı dizel yanacağı olan qatarda baş verən yanğın söndürülüb.

Rusiyanın Baş naziri Mixail Mişustin Krım körpüsündə baş verən partlayışla bağlı hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Bundan başqa, dövlət qurumlarından qeyd edilib ki, mövcud duruma baxmayaraq, Krıma yanacaq təminatı davam edəcək.

Ölkənin Nəqliyyat Nazirliyi partlayış nəticəsində körpüyə dəymiş ziyanı, bərpa işlərinin həcmini və bunun üçün lazım olan zamanı qiymətləndirməyə başladıqlarını elan edib: “Krımın əhalisini və iqtisadiyyatını mal və məhsullarla təmin etmək üçün yeni logistik sxemlər hazırlanıb”.

Bundan başqa, Krım körpüsünün oktyabrın sonunadək bağlandığı açıqlanıb. 

***

"Krım körpüsü hələ başlanğıcdır”. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, qanunsuz olan bütün obyeklər məhv edilməlidir: “Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”.

***

Xəbər verdiyimiz kimi, Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb. Nəticədə körpüdə hərəkət dayandırılıb. Hadisənin Krım körpüsünü sıradan çıxarmaq məqsədilə törədildiyi bildirilir. 

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

TASS bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çənininin yanmasının səbəbi yük maşınının partladılması olub.

Sosial şəbəkələrdə hadisənin başvermə anı ilə bağlı görüntülər yayılıb.

***

Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.

"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-10-09 12:42:02

Sanıram Batı ve ABD sonda Ukraynanı Mişaya yandırdacaqlar. Ne ilə, onu da her birimiz gözəl bilirik. Ne yazıq ki, bu yanğından qurularla beraber yaşlar da yanacaq. Dünyanın bu yanğından qurtuluşu isə qalır möcüzələrə. Hele o da ola bilər ki, bu kimi əməliyyatları Batı özü törədib, Putini qızışdırıb, Atomun düyməsini özləri basıb atsınlar Mişanın üzərinə. Bir sözlə dünya nüvə müharibəsinə demək olar ki, hamilədi. Çıxış yolu hamiləni yox etmək. Yenə də hara fırlanır -fırlansın qara buludlar Putinin başının üstündə bənd alır. O ki qaldı Ukraynaya, Ukrayna bir təfərrüatdır. Batı öz çıxarları üçün, Ukraynanın qelemini çoxdan qırıb. Onlar üçün olmasın bir devlet. Teki, amaclarına ulaşsınlar.

Elmira 2022-10-08 12:49:31

Çox sevindik! Yaşasın Ukrayna!

Cəmşid Dərələyəzli 2022-10-08 11:46:30

Sanıram Batı ve ABD sonda Ukraynanı Mişaya yandırdacaqlar. Ne ilə, onu da her birimiz gözəl bilirik. Ne yazıq ki, bu yanğından qurularla beraber yaşlar da yanacaq. Dünyanın bu yanğından qurtuluşu isə qalır möcüzələrə.

Son yazılar