ZELENSKİ PUTİNİN PLANINI DEŞİFRƏ ETDİ - Nüvə müharibəsinə hazırlıq gedir

Rusiya prezidenti Vladimir Putin dəfələrlə dünyanı nüvə silahı ilə hədələyib. BBC xəbər verir ki, analitiklər hələ də bu silahdan istifadə olunma ehtimalını çox az hesab etsələr də, Qərb rəsmiləri təhdidləri ciddi qəbul edir və Rusiyanın döyüş meydanında taktiki nüvə silahından istifadə etməyə hazırlaşacağına dair hər hansı əlamətin olub-olmadığını izləyirlər.

BAYDENDƏN QİYAMƏT XƏBƏRDARLIĞI

ABŞ prezidenti Cozef Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “armageddon”la (qiyamət savaşı) üzləşə bilər.

ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir:

"Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik".

ZELENSKİDƏN SENSASİON AÇIQLAMA

Ukrayna lideri Zelenski Putinin öz xalqını nüvə hücumuna hazırlamağa başladığını bildirib. BBC-yə danışan Zelenski bu cür hazırlıqların “çox təhlükəli” olduğunu vurğulayıb.

Bununla belə, o, Rusiyanın nüvə silahından istifadə edib-etməmək barədə hələ qərar verdiyini düşünmədiyini də bəyan edib. Ukrayna lideri nüvə müharibəsinin fəlakətli nəticələri barədə həm Rusiyaya, həm də dünyaya xəbərdarlıq edib.

Ukrayna lideri bu cür narahatlıqları bölüşsə də, bildirib ki, bu, Qərb dövlətlərini Ukraynanı dəstəkləməkdən çəkindirmək üçün nəzərdə tutulmuş təhdid də ola bilər.

"Onlar bunu etməyə, nüvə silahından istifadə etməyə hazır deyillər. Heç özləri də bilmirlər ki, bundan istifadə edəcəklər, ya yox. Məncə, bu barədə danışmaq belə təhlükəlidir” - Zelenski deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar