RUSİYANIN "BAYKAR" ŞİRKƏTİNƏ QARŞI TƏXRİBATININ QARŞISI ALINIB - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Türkiyənin “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatının qarşısını alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Ruslar məşhur “Bayraktar” pilotsuz təyyarələrini istehsal edən “Baykar Defence” şirkətinin qurucularından biri Haluk Bayraktarla əlaqə saxlamağa çalışıb. Söhbət Ukraynanın baş naziri Denis Şmıqalın adından aparılıb, onun video görüntüsü əslində "deepfake" texnologiyasından istifadə edilməklə yaradılıb. Düzdür, rusların Haluk bəylə gözlənilən söhbət əvəzinə, heç də az olmayan saxta “Baykar şirkətinin katibi” ilə danışmaq “bəxti gətirib”, xəbərdə deyilir.

Kəşfiyyat rəsmiləri deyirlər ki, rusiyalı əməliyyatçılar zəng zamanı bir neçə dəfə özlərini ifşa ediblər.

Söhbətin sonunda rusiyalı əməliyyatçılara ifşa olunduqları və cavabdehlik daşıyacaqları barədə məlumat verilib”, - məlumatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar