Rusiya KİV-nin yaydığı məlumata görə, rus Pravoslav kilsəsinin baş keşişi (patriarx) Kiril Rusiya əhalisini və dindarlarını iki gün Vladimir Putinin sağlığına dua etməyə çağırıb.
Bu barədə Rusiya Pravoslav kilsəsi xəbər verib. Çağırış Putinin yubileyi ərəfəsində səslənibmiş. Belə ki, oktyabrın 7-də diktatorun 70 yaşı tamam olub. Bu “bayramın” şərəfinə Kiril iki gün dua etməyə çağırış edibmiş. Xəbərə görə, keşişxana hətta iki fərqli duanın mətnini də təsdiqləyib.
Ukrayna KİV-nin yaydığı başqa bir məlumatda isə deyilir ki, Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzü müddəti ərzində Ukrayna müdafiəçiləri tərəfindən Rusiyanın 61 min əsgəri məhv edilib. Müharibəni isə məhz Vladimir Putin başladıb...
Uzun illər boyu rus kilsəsi və rusiyalı siyasətçilər Ukrana və rus xalqlarının pravoslav qardaşlığından, bu insanların eyni milləti təmsil etdiyindən və daha «maraqlısı» isə tarixi rus dövlətinin məhz Kiyev dövləti olduğundan ağız dolusu danışıblar. Bütün bunlardan sonra, günlərin birində meydana bir Putin çıxır və pravoslav ukraynalıları kütləvi halda qırmağı pravoslav ruslara əmr edir!
Budur, Rusiyanın başlatdığı bu qanlı müharibənin 7 ayı tamam olanda, xəbər verilir ki, bəli, bu mənasız müharibədə pravoslav ukraynalılar «yalın əllə» dişinə-dırnağına qədər silahlanmış 61 min pravoslav rus əsgərini qətlə yetirib. İndi «pravoslav dünyasının» baş keşişi Kiril müəllim 7 aylıq qanlı müharibədən sonra, həyatını itirmiş 61 min pravoslav rus əsgərinin ruhuna dualar oxuyaraq, rusiyalı qanlı diktator Vladimir Putini bu mənasız qırğını dayandırmağa çağırmaq əvəzinə, onun sağlığına dualar oxutdurub da rus faşizmini qanlı qırğınlara, hətta nüvə müharibəsinə - kütləvi qırğınlara ruhlandırır. Əcəba, bu, necə dindarlıq, nə təhər pravoslavlıq, nə qardaşlıq olurmuş?...
Görünür ki, Kiril də diktator Putin kimi düşünür - əşi, 61 min əbləhin (krepostnoy rusun!) cəhənnəmə vasil olması elə bir önəmli faciə deyil, əsas odur ki, bu Vladimir o biri Vladimirə qalib gəlsin. Həm də daha önəmlisi odur ki, rus əsgəri də bacardıqca çox ukraynalını öldürsün - Putinin ukraynalılara yönəlik pataloji nifrəti özünü belə büruzə versin. Bu da diktatorun ad gününə ən qiymətli hədiyyə olardı - Molodets, Kiril!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər
Ramin bey Mirze bey çox haqlı qiymet verir hadiselerin gedişine,Siz haqlı deyilsiz bir düşünün kimi müdafie edirsiniz.Son iki yüz ilde bizim başımıza bu alkaş qaniçren fahile millet ne oyunlar getirib ,torpağımuzın üçfe birinden çoxunu xristlan ermenşye verib 30 ildir qoymur Qarabağ meselesi hell olsun bize 20 yanvar yaşadan menadız yere minlerle şehir veren on minlerle aazı beren bu alçaq Putin ve onun kimilerdir.Sşz kimi mğdafie edirsiz faşisti alçağo gerizekalını .Haqsızsınız.Mirze bey haqlıdır.
Ramin bey Sıze bir sualım var: SSRİ- kim qurdu- ruslar,kim dağıtdı tebii ki başda ruslar olmaqla dünyanın ağıllı başları,dövlet quruluşu özünü doğrultmadı ve ruslar meğlub oldular.Men meseeleye hele primitiv yanaşıram .İndi bu “НКВД» agenti deli Putin deyir ki SSRİ - ni berpa etmek lazımdır be özğ de etrafında ola en zeif ölklere hede qorxu gelşr ve bu tip müharibeler qırğınlar töredir.İndi sual verirem :Ay rus ayısı Sen öz milletini ve dövletini qorumaq iqtidarında deyilsen menden ne isteyirsen ,men seninle birlikde olmaq şstemşrem ne isteyirsen menden ay slhaş ve fahişe millet .Bunu bşz yıx bütün dünta deyir
Mirzə bəy, bəzi " şərhçilərə" fikir verməyin. Aydın aşkar görünür ki onlar rusun agentdirlər! Hamısını düppədüz yazmısınız, Mirzə bəy. Təşəkkürlər.
Kiril bizim Allahşükürə baxmış şükürlüdür. Belə ki, Kiril Putini tərifləyir və s., Allahşükür isə Qarabağ müharibəsi Qələbəsində İranın da bizə böyük köməyinin olduğunu, FƏTVA ŞƏKLİNDƏ, deyərək, özünü deyə bilmərəm fikri XALQI aldatmaqdır və ya özünün prosesləri anlamamasıdır. Əgər anlamırsa, lap pis, onda Şeyxülislamlığı təhvil versin anlayan gəlib otursun. 2-cisi Şeyx Həzrətlərinin başı qarışıb, Təzəpirdəki, 9 ədəd mərasim zallarına ki, hələ 10 il qabaq mən orada, bir tanışın atasının yas mərasimində iştirak etdim və sonradan 1 stulun xərcini soruşduqda, ən ucuzunun, 14 manatdan olduğunu dedilər. Bax Şeyxin başı belə "xeyir" işlərə qarışdığından, Qarabağ və onun ətrafında gedən prosesləri izləməyə vaxtı qalmır...
Əgər Şoyqunun Şamanları putinə kömək edə bilmədisə kirill nə zad-şeydirki kömək etsin.O BÖYÜK ALLAH hər şeyi tənzimləyir.Sizinsə yeriniz ay kiril putinlə birlikdə CƏHƏNNƏMLİKDİR.Az qalıb.
Mirze ağ deyirsən putin muharibəni səbəbsiz başladıb xeyr səbəbsiz başlatmıyıb amerikanın nə iti azıb ukraynada klon zeleniskinin əli ilə ukraynanı xarabalığa döndərib 61 min rus əagəri ölüb deyirsən bəs mundar olmuş banderaçıların sayı nə qədərdi 100 minnən çoxdur bu muharibədə putin haqlı tərəfdir səni kimi adını yazar qoymuşlar belə şeyləri analiz etməyə başları yoxdur yalnız qərbdən alınan pullarla ağlına gələni yazırsan yazılası çox şeylər var nəysə şərh bölməsində duranlar şərəfiniz varsa şərhimi verin
Kirill müellim keşiş yox “НКВД» terbiyyessi almış ,FTX - nin ştatnı emekdaşıdır be Outin ne dese onu da deyecek.Onun çıxışına diqqetle qukan adsn adam onun dövlet işçisi olduğunu o deqiqe anlayar yeni o din xadimi yox sade bir agentdir.