Menu

Gənc rejissor və operator vəfat edib

10.10.2022, 09:51
Gənc rejissor və operator vəfat edib

Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.

O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.

1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol