Menu

Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

10.10.2022, 10:25
Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

Həftəsonu Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 7 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol