Menu

“Rusiya Ukraynaya 75 raket atıb” – Valeri Zalujnı

10.10.2022, 12:49
“Rusiya Ukraynaya 75 raket atıb” – Valeri Zalujnı

Oktyabrın 10-da səhər saatlarında Rusiya Ukraynaya 75 raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemi (AD) tərəfindən zərərsizləşdirilib.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.

“Terrorçu ölkə Rusiya Federasiyası Ukrayna ərazisinə zərbə PUA-larından istifadə edərək kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar artıq 75 raket atıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı Qüvvələr həmvətənlərini qorumaq üçün əllərindən gələni edirlər”,- deyə o, bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol