Menu

Avropa İttifaqı Azərbaycanla sərhədə missiya göndərir...

11.10.2022, 19:37
Avropa İttifaqı Azərbaycanla sərhədə missiya göndərir...

Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər.

"AzPolitika.info" erməni mətbuatına istinadla xəbər verir ki, müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib.

Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Onun məqsədi etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.

Hazırda missiyanın icrası ilə bağlı detallar müzakirə olunur. Məsələn, Ermənistana nə qədər nümayəndə, hansı ölkələrdən və nə vaxt gələcəklər və s.

“Buna baxmayaraq, missiyanın gələcəyi aydındır”, - Brüsseldəki diplomatik mənbə bildirib.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-10-12 01:12:38

Missiyadı,yoxsa Ko-Missiya?Türklərdə yaxşı söz var,deyir "Kişilərin ən yaxşısını atam bilirdim,onu da anamla gördüm". İndi missiyaların ən yaxşısı guya ki ATƏT idi,onun da iç üzü 44 günlük müharibədə bəlli oldu.Aydın oldu ki,otuz il ərzində erməni işğalını legitimləşdirməkdən başqa heç bir paxlava yeməyib.Bu missiya gəlib hansı paxlava yeyəcək?Hamısı gəlib bizim paxlavamızı yeyir,sonra Avropaya öz paxlavasını yemiş xoruz kimi dimdik dönür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol