"Rəqibin səviyyəsini əvvəldən bilirdik. Təsadüfi deyil ki, dünya reytinqdə 7-ci yerdə gedirlər".
"Report"un məlumatına görə, bunu Yunanıstan millisinin baş məşqçisi Yannis Tsiavas evdə Azərbaycana 0:7 hesabı ilə uduzduqları dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandanın heyətində keyfiyyətli braziliyalı oyunçular var: "Biz bu qrupda özümüzü yüksək səviyyəli rəqiblərə qarşı sınamaq və təcrübə qazanmaq üçün mübarizə aparırıq".
Tsiavasın sözlərinə görə, hesab böyük olsa da, komandası meydanda sonadək mübarizə aparıb: "Bir neçə qol fürsəti yaxalasaq da, istifadə edə bilmədik. Düzəltmək olduğumu bir neçə məqam var. İnanıram ki, zəhmətimiz sayəsində uğur qazanacağıq".


Şərhlər
səviyyəsiz məqalə nə ... var nə başı
Yazdığım şərhə cavab almamışam indiyə qədər
Başa düşmürəm bu xəbəri yazan öz məqaləsini özü oxuyubmu?Hansı idman növü üzrə millidən söhbət gedir?