Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Putin rejiminin nümayəndələrini axtarışa verib.
UTX təsdiqləyir ki, Rusiya Federasiyası (RF) Təhlükəsizlik Şurası sədrinin müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedyev barədə axtarış elan edib.
Bu zaman UTX-də qeyd edirlər ki, bu, hələ 2022-ci ilin martında, başqa sözlə, Ukraynaya qarşı tammiqyaslı təcavüzün başlanğıcında baş verib.
“O, RF Təhlükəsizlik Şurası üzvlərinin Ukrayna cinayət Məcəlləsinin 110-cu (ərazi bütövlüyünə və Ukraynanın toxunulmazlığına qəsd) maddəsi üzrə şübhəli bilinən bir çoxu kimi, axtarışa verilib" - deyə, UTX-dən qeyd ediblər.
Bu zaman xatırladırlar ki, belə cinayətlər 15 il azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.
Eləcə də UTX məlumatına görə, Putin rejiminin nümayəndələri, xüsusilə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Daxili İşlər naziri Vladimir Kolokotsev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Müdafiə naziri Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Milli Qvardiyanın direktoru Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev da axtarışa verilib.
“UTX müstəntiqləriUkraynaya qarşı cinayət törətmiş hər bir raşistin fəaliyyətinin sənədləşdtrilməsi işini davam etdirirlər" - UTŞ-dənqeyd edirlər.
“AzPolitika.info”


Şərhlər
Görün çatlasın Stalin gör Rusiyaya ,ruslara kimler rehberlik edir.