Menu

"Ukraynaya dəstəyi artıracağıq" - NATO-nun Baş katibi

13.10.2022, 11:47
"Ukraynaya dəstəyi artıracağıq" - NATO-nun Baş katibi

“Biz Ukraynaya dəstəyi artıracağıq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə görüşü zamanı deyib.

O, NATO müttəffiqlərinə, o cümlədən ABŞ-a Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib: “Biz Kiyevi lazımınca dəstəkləyəcəyik. Xüsusilə Ukraynanı daha çox hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyik”.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol