Menu

"Rusiya Kiyevə İran dronları ilə hücum edib" - Hərbi administrasiya

13.10.2022, 11:55
"Rusiya Kiyevə İran dronları ilə hücum edib" - Hərbi administrasiya

Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev şəhərinə İran istehsalı olan dron-kamikadzelərlə hücum edib.

APA “Ukrnews”-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Dronlardan birinin vilayət ərazisinə düşməsi qeydə alınıb, lakin onun dəqiq yeri, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xilasedicilər hadisə yerində çalışır.

Xatırladaq ki, dünən də Rusiyaya məxsus iki dron-kamikadze Vinnitsa vilayətinə hücum təşkil edib.

Rusiya ordusu 2 “Şahid-136” dronu vasitəsilə Vinnitsadakı Ladıjinsk İstilik Elektrik Stansiyasını vurub

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol