“PUTİN BİR-İKİ AYA ARADAN GÖTÜRÜLƏCƏK” – “Artıq xüsusi xidmət orqanları daha ona kömək etməyəcəklər...”

“Rusiya Prezidentinin ətrafı artıq onun fiziki olaraq aradan qaldırılması perspektivlərini də nəzərdən keçirir. Rusların Ukraynada məğlub olması, elita üçün bir siqnal idi. Onlar artıq Qərblə, bəziləri isə Ukrayna ilə danışıqlara getmək üçün variant axtarırlar”.

Bunu Ukrayna mətbuatına müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Mikola Malomuj deyib.

Onun sözlərinə görə, elita danışıqlar üçün iki əsas mövzu təklif edir: “Əsas təklif nüvə silahlarına nəzarət edən, lakin Putinsiz stabil Rusiya Federasiyasıdır. İkinci təklif isə Putinin siyasi istefası, xəstəliyə görə istefa və ya daha radikal bir hərəkətlə hakimiyyət dəyişikliyinin baş verməsidir. Düşünürəm ki, bu, yaxın həftələrdə baş verməyəcək, çünki Putin hələ də hərtərəfli nəzarət rıçaqlarına malikdir. Lakin biz taktiki səviyyədə hərbi əməliyyatlar həyata keçirən zaman, məsələn, Luqanskda, Xersonda, Krımda güclü hücum əməliyyatlarına başlasaq, o zaman Putinin aradan qaldırılması reallığa çevriləcək”.

Eyni zamanda o, əlavə edib ki, yaxın gələcəkdə Putin rejiminin sonu mümkündür: “Müsbət ssenaridə bu, bir ay yarımdan iki aya qədər zaman ərzində baş verə bilər. Düşmən ehtiyat qüvvələrini cəmləşdirənə qədər Ukraynanın uğurlarıyla bağlı tendensiyalar artacaq. Bu, bir aya baş verə bilər, ona görə də bizim üçün bütün qüvvə və vasitələri səfərbər etmək, effektiv hücum əməliyyatlarını inkişaf etdirmək vacibdir”.

“Qərbdəki tərəfdaşlarımız ən son silah və texnika - HİMARS, raketlər, zirehli texnika, özüyeriyən silahlar, hava və raket hücumundan müdafiə sistemlərini Ukraynaya göndərdikdən sonra strateji hücum əməliyyatları üçün yaxşı şərait yaranacaq. Ukrayna bu vasitələrlə 2-3 həftə ərzində əməliyyatların növbəti konsepsiyasını formalaşdıra və taktiki, ola bilsin ki, strateji səviyyədə aktiv hücum əməliyyatları həyata keçirə bilər. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman Rusiyada rejim dəyişikliyi üçün əla şərait yaranacaq. Hamı görəcək ki, Putin o qədər zəifdir ki, artıq strateji məğlubiyyətlərlə belə üzləşməyə başlayıb. Artıq xüsusi xidmət orqanları daha ona kömək etməyəcəklər”, - Malomuj bildirib.

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2022-10-13 22:57:23

Elə satqın, xain, murdar ermənilər də rusiyanın axırına çıxacaq. Vaxtilə rus ziyalıları erməni murdarlıqları haqda fikirlər söyləmişlər. Kəltənbaş rus rəhbərləri kardırlar, yoxsa kordurlar ki, ermənibaş, goruna itin p-xu olmuş qorbaçov xordana oxşayan arvadıyla nələr törətdilər...

qaraguruh 2022-10-13 20:50:10

ümarım c.Putin anlamışdır türk qeyrətini və mənliyini--baxır yəqin ətrafında türklərdən (liderlər) və olkələrdən başqa kimsələrin qalmadığını-o isə ruslar etiraf etsin ki, onların pyotrı səhv düşünüb ermənilərə bizim torpaqlarda yer verməklə

Son yazılar