Yaponiya və Kanadanın xarici işlər nazirləri Çin və Rusiyadan artan təhdidlər fonunda kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı danışıqlara başlayacaq. “Associated Press” xəbər verir ki, nazirlər müdafiə, iqtisadi təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı gücləndirmək üçün fəaliyyət planını qəbul etdikdən sonra hərbi kəşfiyyat məlumatlarının mübadiləsi sazişinin imzalanması istiqamətində danışıqlara rəsmi şəkildə başlamaq barədə razılığa gəlib.
Kəşfiyyat məlumatlarının bölüşdürülməsi paktı və ya İnformasiyanın Ümumi Təhlükəsizliyi Sazişinə dair rəsmi danışıqların başlanması Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və onun kanadalı həmkarı Melani Colinin Tokioda apardıqları danışıqlardan sonra elan etdiyi fəaliyyət planının bir hissəsidir.
Yaponiya XİN bildirib ki, hər iki tərəf məlumat mübadiləsini asanlaşdırmaq və hərbçiləri arasında əməkdaşlığı daha da gücləndirmək üçün mümkün qədər tez razılaşma əldə etməyi hədəfləyir. Yaponiyanın ABŞ, Avstraliya, İngiltərə, Hindistan, Cənubi Koreya və həmçinin NATO da daxil olmaqla səkkiz ölkə ilə oxşar kəşfiyyat məlumatı mübadiləsi sazişləri var.
Yaponiya və Kanada nüvə texnologiyası üzrə texniki mübadilələri gücləndirmək barədə də razılığa gəlib, o cümlədən kiçik modul reaktorlarla bağlı Baş nazir Fumio Kişida hökumət panelinə gələcək inkişaf üçün mümkün variant kimi baxmağa göstəriş verib.
Enerji təchizatı çatışmazlığı və artan kommunal xərclər, eləcə də 2050-ci il karbon neytrallığı hədəfinə çatmaq üçün təzyiq, 2011-ci ildə Fukusima fəlakətindən sonra Yaponiyanın bir çox nüvə stansiyalarının bağlanmasından sonra Kişida hökumətini atom enerjisinə daha çox diqqət yetirməyə vadar edib.
AzPolitika.info


Şərhlər