Rusiya Prezidenti Vladimir Putin cümə günü Astanada Birlik sammitində bildirib ki, MDB ölkələri hesablaşmaların milli valyutalarla aparılmasına keçmək üçün ciddi səylər göstərirlər.
Onun sözlərinə görə, MDB ölkələri ilə ticarət dövriyyəsi ötən il 30 faizdən çox, bu ilin birinci yarısında isə daha 7 faiz artıb. “Birliyin mövcud olduğu dövrdə MDB ölkələri bəzi sahələrdə iqtisadi, sosial, mədəni və humanitar əlaqələr qurmağa nail olublar, yaşıl iqtisadiyyatın inkişafı, rəqəmsallaşma, innovasiyalar, təbii ehtiyatlardan səmərəli istifadə və digər sahələrdə əməkdaşlıqda qarşılıqlı maraq artır. İdxalın əvəzlənməsi, texnoloji və maliyyə suverenliyinin möhkəmləndirilməsi üzrə birgə fəaliyyət intensivləşdirilib. Xüsusilə, Birlik ölkələri arasında qarşılıqlı hesablaşmalarda milli valyutalara keçmək üçün enerjili səylər göstərilir”.
"AzPolitika.info"


Şərhlər